Dünya Bankı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bələdiyyə maliyyələşməsindəki fərqə diqqət yetirib
Far.Az xəbər saytı

Dünya Bankı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında bələdiyyə maliyyələşməsindəki fərqə diqqət yetirib


İnkişaf etməkdə olan dövlətlərdə bələdiyyə borclanmalarının səviyyəsi hələ də son dərəcə aşağı olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının şəhər idarəetməsi, maliyyə və dövlət idarəetməsi üzrə qlobal istiqamətinin rəhbəri Roland Vayt Bakıda Ümumdünya Şəhəsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Maliyyə cəhətdən cəlbedici bələdiyyələr, rahat şəhərlər. Şəhərlər lazımi miqyasda uzunmüddətli maliyyə vəsaitini necə cəlb edə bilər?" mövzusunda panel müzakirəsində bildirib.

O qeyd edib ki, inkişaf etməkdə olan dövlətlərdə bələdiyyə qurumlarının inkişafına yönəldilən kredit vəsaitlərinin həcmi inkişaf etmiş iqtisadiyyata malik ölkələrdəki analoji göstəricilərdən əhəmiyyətli dərəcədə geri qalır.

"Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə şəhər infrastrukturunun kommersiya maliyyələşdirilməsi üzrə tədqiqat aparıb və müəyyən edib ki, bu dövlətlərdə bələdiyyə borclanmaları inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə son dərəcə aşağı səviyyədə qalmaqdadır. Yüksək inkişaf səviyyəsinə malik ölkələrdə bələdiyyələr istiqrazların və digər maliyyə alətlərinin buraxılışı vasitəsilə özəl kapitaldan fəal şəkildə istifadə edirlər. Bələdiyyələrə səmərəli şəkildə kommersiya kapitalı bazarlarına çıxmağa imkan verən şəraitə yalnız təxminən 24-25 inkişaf etməkdə olan dövlət malikdir", - R. Vayt vurğulayıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər