Azərbaycanlı rəssam beynəlxalq sərginin qalibi olub
Azərbaycanlı rəssam Raminə Səadətxan Kiprin Limassol şəhərində keçirilən "VIMA 2026" beynəlxalq incəsənət sərgisində Latviya qalereyası tərəfindən təqdim olunan solo stendlə iştirak edərək böyük uğura imza atıb.
"Far.Az" xəbər verir ki, rəssam sərgidə təqdim etdiyi əsərlərlə ziyarətçilərin xüsusi diqqətini cəlb edib və keçirilən səsvermənin nəticələrinə əsasən "Audience Choice" mükafatına layiq görülərək birinci yerə çıxıb.
Ramina Saadatkhanın fərdi ekspozisiyası insanın daxili dünyası, emosional transformasiya və intuitiv hisslər mövzularını əhatə edən əsərlərlə beynəlxalq auditoriyada böyük maraq doğurub. Onun rəng və forma üzərində qurduğu özünəməxsus vizual dili sərginin ən çox müzakirə olunan təqdimatlarından biri kimi qiymətləndirilib.
"VIMA 2026" çərçivəsində əldə olunan bu uğur Azərbaycan müasir incəsənətinin beynəlxalq platformalarda daha geniş tanınması baxımından mühüm hadisə hesab olunur.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir
-
Zambiya Ebola epidemiyası səbəbindən Konqo ilə sərhəddə nəzarəti gücləndirib













