Bu ərazilərdə elektrik şəbəkəsi yenidən qurulacaq - 15 milyonluq LAYİHƏ
"Azərişıq" ASC işğaldan azad edilmiş ərazilərdə elektrik infrastrukturunun qurulması ilə bağlı işlər görəcək.
Far.Az-in məlumatına görə, işlər çərçivəsində Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi, Sos kəndi, eləcə də Ağdərə və Xocalı rayonlarının bir sıra kəndlərinin elektrik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 15 milyon 400 min manatdan çoxdur. Satınalma Ağdərə rayonunun Vəngli, Çıldıran, Heyvalı, Kolatağ, Qozlu, Qozlukörpü və Həsənriz kəndlərində xarici və daxili elektrik şəbəkələrinin qurulmasını əhatə edir. Buraya elektrik xətlərinin çəkilməsi, enerji təminatı sistemlərinin yaradılması və yaşayış məntəqələrinin dayanıqlı elektriklə təmin olunması daxildir.
Qeyd edək ki, layihənin həyata keçirilməsi bölgədə yaşayış şəraitinin yaxşılaşmasına, infrastrukturun bərpasına və əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına mühüm töhfə verəcək.
Oxşar xəbərlər
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb
Prezident Ağdərədə "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir
-
Zambiya Ebola epidemiyası səbəbindən Konqo ilə sərhəddə nəzarəti gücləndirib
-
İran ABŞ-ni BMT TŞ-dən sui-istifadədə ittiham edib













