ABŞ Ədliyyə Nazirliyi Raul Kastroya qarşı ittihamları təsdiqləyib
ABŞ Ədliyyə Nazirliyi Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin sabiq birinci katibi, 94 yaşlı Raul Kastro, eləcə də daha beş nəfər barəsində 1996-cı ildə iki Amerika təyyarəsinin qəzaya uğraması zamanı ABŞ vətəndaşlarının öldürülməsi və qətlə yetirmək məqsədilə sui-qəsd təşkil edilməsi ilə bağlı ittihamlar irəli sürüb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Baş prokuroru əvəzi Todd Blanş və Florida ştatının Cənub dairəsi üzrə prokuroru Ceyson Redinq Kinyones mətbuat konfransında bildiriblər.
Qeyd olunur ki, ittiham aktı Mayamidəki Federal Dairə Məhkəməsi tərəfindən çıxarılıb. Kastro və aralarında Kuba pilotları da olan daha beş nəfər dörd amerikalının qətlində ittiham olunur. 1996-cı ildə Kuba hərbçiləri ölkədən dəniz yolu ilə qaçan ada sakinlərini axtarmaq üçün aviasiyadan istifadə edən kubalı miqrant qrupu olan "Köməyə gələn qardaşlar" təşkilatının iki təyyarəsini vurub.
O vaxt Kubaya rəhbərlik edən Fidel Kastro, təşkilatın əvvəllər Havana üzərinə hökumət əleyhinə vərəqələr atdığını bildirərək təyyarələrin məhv edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Raul Kastro isə həmin vaxt müdafiə naziri vəzifəsini tuturdu.
Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman NYT-yə bildirib ki, irəli sürülən ittihamlar ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kubaya qarşı hərbi əməliyyatlar üçün bəhanə yaratmaq cəhdidir.
Oxşar xəbərlər
ABŞ Ədliyyə Nazirliyi Raul Kastroya qarşı ittihamları təsdiqləyib - YENİLƏNİB
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Torner: UNECE mənzil planlaşdırması sahəsində vahid məlumat bazası yaratmaq istiqamətində fəaliyyət göstərir
-
Zambiya Ebola epidemiyası səbəbindən Konqo ilə sərhəddə nəzarəti gücləndirib
-
İran ABŞ-ni BMT TŞ-dən sui-istifadədə ittiham edib













