Anar Quliyev:"Mənzil böhranı tək bir amildən qaynaqlanmır"
Far.Az xəbər saytı

Anar Quliyev:"Mənzil böhranı tək bir amildən qaynaqlanmır"


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan "NGIC, BMT-Habitat və SCUPA-Çoxtərəflilik vasitəsilə mənzil təminatının inkişaf etdirilməsi: Qlobal öhdəliklərdən yerli təsirə" adlı sessiyada qlobal mənzil böhranı və onun həlli yolları geniş müzakirə olunub.

BAKU.WS xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, mənzil böhranı artıq yalnız sosial məsələ deyil, çoxşaxəli inkişaf çağırışına çevrilib.

Onun sözlərinə görə, WUF13 çərçivəsində aparılan müzakirələr bir daha göstərib ki, mənzil böhranı tək bir səbəbdən qaynaqlanmır və bu problemin ayrı-ayrı müdaxilələrlə həlli mümkün deyil.

Komitə sədri qeyd edib ki, böhran iqtisadi məhsuldarlığa, sosial həmrəyliyə, iqlim davamlılığına, ictimai sağlamlığa və siyasi sabitliyə birbaşa təsir göstərir. O vurğulayıb ki, miqrasiya və iqtisadi bərabərsizlik bir-biri ilə sıx əlaqəlidir. Bunun nəticəsində qeyri-rəsmi yaşayış məntəqələrinin genişləndiyini, torpaq qiymətlərinin əlçatanlıq həddini aşdığını və əsas şəhər xidmətlərinə çıxışın qeyri-bərabər qaldığını diqqətə çatdırıb.

Anar Quliyev çıxışı zamanı mühüm bir sualı da gündəmə gətirib: "Nə üçün qlobal səviyyədə razılaşdırılmış öhdəliklər çox vaxt yerli səviyyədə kifayət qədər təsir yaratmaqda çətinlik çəkir?"

O bildirib ki, hazırda bir çox ölkələrin milli mənzil strategiyaları artıq Dayanıqlı İnkişaf Məqsədi 11 və Yeni Şəhər Gündəliyi ilə uyğunlaşdırılıb. Bu isə gələcək fəaliyyət üçün mühüm baza rolunu oynayır.

Anar Quliyev onu da əlavə edib ki, növbəti mərhələdə əsas diqqət yerli idarəetmə orqanlarının imkanlarının genişləndirilməsinə yönəldilməlidir. Buraya maliyyə alətlərinin gücləndirilməsi, texniki biliklərin artırılması, məkan məlumatlarından daha səmərəli istifadə və institusional koordinasiyanın inkişaf etdirilməsi daxildir. Məqsəd isə qəbul edilən qlobal öhdəliklərin real və davamlı nəticələrə çevrilməsidir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər