Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm"
Far.Az xəbər saytı

Ukrayna səfiri: "Azərbaycana xüsusi təşəkkür edirəm"


Ukrayna Azərbaycana dəstəyə görə təşəkkür edib.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Evlərin və gələcəyin bərpası: Xarkovda şəhər dirçəlişi" adlı tədbirdə deyib.

Səfir qeyd edib ki, ölkəsinin münaqişədən əziyyət çəkməsinə baxmayaraq, hazırda bərpa-quruculuq işləri ilə məşğul olurlar:

"Bu gün biz müharibə şəraitində bərpa məsələsini müzakirə edirik, Ukrayna dirçələcək. Bu insanların cəsarəti sayəsində olacaq. Məsələn, Xarkov. Buna görə də Xarkov qəhrəman şəhərdir. Bu gün isə Xarkov və Ukraynanın digər şəhərlərinin bərpası üçün daha çox dəstəyə ehtiyacımız var ki, daha effektiv infrastruktur quraq, infrastrukturu daha sürətli və səmərəli şəkildə, yaxşı istiqamətdə inkişaf etdirək. Buna görə bizə daha çox dəstək lazımdır. Mən göstərilən dəstəyə görə Azərbaycana xüsusi təşəkkür edirəm. Biz anlayırıq ki, biz tək deyilik".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər