AYNA: İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirəcək
İctimai nəqliyyatda "brutto müqaviləsi" modeli gedişhaqqı sistemini inkişaf etdirməyə imkan yaradacaq.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Strateji planlaşdırma üzrə rəhbəri Hüseyn Abdullayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunmuş "Yeni inkişaf üçün tranzit yönümlü planlaşdırma" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda ictimai nəqliyyat növlərini bir-biri ilə daha yaxşı inteqrasiya etmək üçün əlavə olaraq yeni gedişhaqqı sistemi planlaşdırılır: "Həmçinin, avtobuslar üçün yeni maliyyələşdirmə və müqavilə sistemi hazırlayırıq, çünki əvvəllər onlar yalnız gedişhaqqı gəlirləri ilə işləyirdilər. İndi biz avtobuslar üçün "ümumi xərc müqaviləsi" ("brutto müqaviləsi") modelinin hazırlanmasının son mərhələsindəyik. Bu, bizə gedişhaqqı sistemini inkişaf etdirməyə və ictimai nəqliyyat növlərini bir nöqtədə daha yaxşı inteqrasiya etməyə imkan verəcək".
Oxşar xəbərlər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













