Fərid Şəfiyev: Mülki və etno-millətçi münaqişələrdə urbisid həm də siyasi bir layihə kimi çıxış edir
Qarabağda baş verən urbisid göstərir ki, mülki və etno-millətçi münaqişələrdə urbisid həm məkan, həm də siyasi bir layihə kimi çıxış edir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Laçın&Kəlbəcər: Urbisiddən və münaqişədən sonrakı yenidənqurmaya aparan yol" adlı sessiyada deyib.
O bildirib ki, şəhərlərin qəsdən məhv edilməsi çoxmədəniyyətli şəhər kimliklərini silmək, demoqrafik reallıqları dəyişmək və simvolik məna daşıyan infrastruktur və strukturları dağıtmaq vasitəsinə çevrilir:
"Zorakılıq məkan üzərində dəqiq şəkildə tətbiq olunur. Evlər, mədəniyyət institutları, inzibati mərkəzlər və simvolik əhəmiyyət daşıyan obyektlər hədəfə alınır ki, kollektiv həyat məhv edilsin və yeni inzibati-siyasi nəzarət formaları qurulsun.
Beləliklə, urbisid təsadüfi "əlavə zərər" kimi (yəni hərbi əməliyyatlar nəticəsində yaranan dağıntıların bir hissəsi kimi) deyil, bir idarəetmə strategiyası kimi ortaya çıxır: şəhər mühitinin aradan qaldırılması vasitəsilə tərəflər yeni hakimiyyətin tətbiqi və ya ərazi iddialarının irəli sürülməsi üçün zəruri olan məkan boşluğu yaradırlar".
F.Şəfiyev qeyd edib ki, bərpa-quruculuq işlərinə gəldikdə isə azad edilmiş ərazilərdə şəhər və kəndlərin demək olar ki, sıfırdan yenidən qurulması zəruridir. Mövcud şəhər mərkəzlərində, xüsusilə Bakıda, uzun müddət məcburi köçkünlərin məskunlaşması mənzil bazarına, xidmətlərə və ümumi əlçatanlığa əlavə təzyiq yaradıb.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır
-
Samuxda yas mərasimində kütləvi ZƏHƏRLƏNMƏ: 21 nəfər xəstəxanaya yerləşdirildi
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.05.2026)
-
Günnüt əməliyyatı: Böyük Zəfərə aparan yolun mühüm mərhələsi













