İlon Mask "OpenAI"yə qarşı məhkəmə iddiasını uduzub
Bazar ertəsi ABŞ məhkəməsi sahibkar İlon Mask tərəfindən qaldırılmış iddia üzrə "OpenAI" şirkətinin xeyrinə qərar çıxarıb.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, məhkəmə qərara alıb ki, süni intellektin hazırlanması ilə məşğul olan şirkət guya bəşəriyyətə fayda vermək kimi ilkin missiyasından uzaqlaşdığına görə Mask qarşısında məsuliyyət daşımır.
Oklend (Kaliforniya ştatı) Federal Məhkəməsinin münsifləri yekdilliklə qərara alıblar ki, Mask iddianı çox gec qaldırıb.
Qeyd edək ki, məhkəmə prosesi aprelin 28-də başlayıb. Əsas qarşıdurma Maskla "OpenAI"nin baş icraçı direktoru Sem Altman arasında baş verirdi.
Mask "OpenAI" şirkətini qeyri-kommersiya təşkilatı hesabına investorları və insayderləri qanunsuz olaraq zənginləşdirməyə cəhd etməkdə və süni intellektin təhlükəsizliyinə lazımi diqqət yetirməməkdə günahlandırıb. O həmçinin bildirib ki, "Microsoft" ən başından "OpenAI"nin xeyirxah məqsədlərdən çox pula önəm verdiyini bilirdi.
"OpenAI" isə etiraz edərək bildirib ki, məhz Mask layihədə "qazanclı perspektivlər" görüb və "OpenAI"nin bəşəriyyətin rifahı naminə təhlükəsiz süni intellektin yaradılması barədə əsas sazişi pozduğunu bəyan etməzdən əvvəl uzun müddət gözləyib.
"OpenAI" süni intellekt sahəsində "Anthropic" və "xAI" kimi şirkətlərlə rəqabət aparır və şirkəti 1 trilyon dollar dəyərində qiymətləndirə biləcək mümkün ilkin kütləvi səhm yerləşdirməsinə hazırlaşır.
"Microsoft" rəhbərlərindən birinin sözlərinə görə, şirkət "OpenAI" ilə tərəfdaşlığa 100 milyard dollardan çox vəsait xərcləyib.
Maska məxsus "xAI" isə indi onun "SpaceX" kosmik və raket şirkətinin bir hissəsidir ki, bu şirkət də miqyasına görə "OpenAI"nin İlkin Kütləvi Təklifini (IPO) üstələyə biləcək IPO-ya hazırlaşır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mask "OpenAI" və "Microsoft"dan 134 milyard dollara qədər kompensasiya tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
Konqoda Ebola yayılır: yüzlərlə şübhəli yoluxma qeydə alınıb
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib













