UN-Habitat rəhbəri: WUF13-ün nəticələri qlobal iqlim fəaliyyətinə istiqamət verəcək
WUF13-ün nəticələri qlobal iqlim fəaliyyətinə istiqamət verəcək.
Far.Az report-a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mənzil və şəhərlərin Dayanıqlı İnkişaf Məqsədlərinin, Paris Sazişinin və "Yeni Şəhər Gündəliyi"nin icrasının ön planda qalması təmin ediləcək:
"Biz növbəti sessiyayadək dinamikanı davam etdirəcək, ideyalar, tərəfdaşlıqlar və əlaqəni gücləndirəcəyik. Bakıda gördüklərimiz aydındır: həllər, bilik və öhdəlik var. İndi əsas çağırış gündəliyi müəyyən etmək deyil, onu həyata keçirmək və mənzili insan ləyaqətinin, davamlı inkişafın mərkəzinə yerləşdirməkdir".
A.Rossbax həmçinin bildirib ki, WUF13 şəhər transformasiyası üçün qlobal koalisiyanı gücləndirdi:
"Onun uğuru təkcə burada müzakirə etdiklərimizdə deyil, növbəti addımlarda, şəhərlərdə, icmalarda və milli, qlobal siyasətdə görüləcək işlərdədir. Biz Bakıdan yenilənmiş qətiyyət, daha güclü tərəfdaşlıqlar və öhdəlikləri əmələ çevirmək üçün ortaq məsuliyyət hissi ilə ayrılırıq. Bu dinamikanı 2028-ci ildə Mexiko şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 14-cü sessiyasına daşıyacağıq. Hamı üçün adekvat mənzil istiqamətində irəliləyiş görməyi ümid edirik".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"
-
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb













