WUF13-də 53 mindən çox şəxs iştirak edib
"WUF13-də ümumilikdə 53 500 iştirakçı fəal şəkildə iştirak edib".
BAKU.WS xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu bu platformanın həqiqətən qlobal xarakter daşıdığını bir daha nümayiş etdirib.
"Forumda ümumilikdə 53 500 iştirakçı fəal şəkildə iştirak edib. Onlardan təxminən 50 mini əyani, 3 mindən çoxu isə onlayn qatılıb. Forum çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub. 125 ölkədən 400-ə yaxın məruzəçi, o cümlədən 340 beynəlxalq və 60 Azərbaycan nümayəndəsi əsas proqramda iştirak edib"-deyə A.Quliyev qeyd edib.
Komitə sədri bildirib ki, WUF13 forumun və qlobal şəhərsalma gündəliyinin gələcəyini formalaşdıracaq bir sıra mühüm yeniliklərlə yadda qalıb. Onun sözlərinə görə, forum tarixində ilk dəfə keçirilən "Liderlərin Bəyanatı" sessiyası xüsusi əhəmiyyət daşıyıb.
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan Liderlərin Bəyanatı sessiyası WUF13-ün ən yadda qalan məqamlarından birinə çevrildi. 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaqların və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı qlobal şəhərsalma gündəliyinin irəlilədilməsi və dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində güclü siyasi iradəni nümayiş etdirdi" - deyə o vurğulayıb.
Anar Quliyev həmçinin qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək böyük məsuliyyət olmaqla yanaşı, beynəlxalq ictimaiyyətin və BMT-Habitatın Bakıya göstərdiyi yüksək etimadın ifadəsidir:
"WUF13-ün həyata keçirilməsini mümkün edən bu tərəfdaşlığı və sıx əməkdaşlığı yüksək qiymətləndiririk".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
-
Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
-
Tamara Paseyro Marin: "Nəticə əldə etməyə imkan verən mənzil maliyyələşdirmə alətləri lazımdır"
-
WUF13-də qlobal şəhərlər reytinqi siyahısı açıqlanıb
-
Fars körfəzində Boliviya bayrağı altında üzən iki gəmi yoxa çıxıb
-
Çay süfrəsində ağır söhbət: Vladimir Putin və Si Cinpin nəyi müzakirə ediblər?













