Rossbax: Problemlər gənclərə öz həyatlarını qurmağa ciddi çətinliklər yaradır
Bir sıra problemlər gənclərə öz həyatlarını qurmağa ciddi çətinliklər yaradır.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Evlərimiz, Gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı" adlı müzakirədə deyib.
O qeyd edib ki, gənclər ilk olaraq yaşayış üçün ev axtarırlar:
"Amma onlar anlayırlar ki, nə kirayə, nə də ev almaq üçün kifayət qədər imkanları yoxdur. Nəticədə onlar nə öz işlərini qura bilirlər, nə də təhsillərinə lazımi diqqət ayıra bilirlər. Bu vəziyyət bizə göstərir ki, həmin insanların yaşadığı hissləri anlamaq və problemin aktuallığını dərk etmək çox vacibdir. UN-Habitat olaraq biz bu məsələnin əhəmiyyətini yaxşı anlayırıq və bu çərçivədə bir sıra təşəbbüslər həyata keçirmişik. Xüsusilə qadınlarla bağlı xüsusi təlimatlarımız, "Gənclər 2030" baxışı sənədimiz, uşaqlarla bağlı şəhərlərin tərəfdaşlığı platforması və gənclərin inkişafına yönəlmiş digər proqramlarımız mövcuddur".
A.Rossbax bildirib ki, bütün bunlar kifayət deyil: "Bir daha vurğulayırıq ki, forum bizə bu sahədə dərin əməkdaşlıq və daha güclü addımlar üçün imkan yaradır".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vera Bukaçi: Gənclər artıq qurur, təşkilatlanır, yeniliklər edirlər
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
BMT rəsmisi: "Havanın çirklənməsi qlobal səviyyədə ikinci əsas ölüm səbəbidir"
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub
-
BAMF WUF13-də "Sirkulyar və yaşıl iqtisadiyyata keçid" adlı tədbir keçirib
-
"SpaceX" "Nasdaq" birjasında olmağı planlaşdırır













