BMT-də Bakıda Qlobal Cənub QHT Platformasının işə salınması yüksək qiymətləndirilib
Far.Az xəbər saytı

BMT-də Bakıda Qlobal Cənub QHT Platformasının işə salınması yüksək qiymətləndirilib


Qlobal Cənub QHT Platformasının işə salınması Azərbaycanın Cənub-Cənub əməkdaşlığının inkişafında rolunun möhkəmlənməsinə töhfə verir.

"Far.Az" xəbər verir ki, bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlığı İdarəsinin direktoru Dima əl-Xatib Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) çərçivəsində jurnalistlərə bildirib.

"Burada, Bakıda olmaq və Qlobal Cənub QHT Platformasının işə salınmasının şahidi olmaq mənim üçün böyük şərəfdir. Bu, Azərbaycanın Cənub-Cənub və üçtərəfli əməkdaşlıq sahəsində mövqelərini gücləndirən mühüm təşəbbüsdür. Bu, ölkənin sözügedən istiqamətdə ilk addımı deyil, lakin platformanın əhəmiyyəti xüsusilə böyükdür, çünki o, bütün Qlobal Cənubdan olan qeyri-hökumət təşkilatlarının səslərini birləşdirir", - o bildirib.

Əl-Xatibin sözlərinə görə, bu cür strukturlar qlobal gündəliyin təşviqi zamanı icmaların, o cümlədən ən az inkişaf etmiş, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, dənizə çıxışı olmayan ölkələrin, eləcə də orta gəlirli dövlətlərin maraqlarını təmsil edə biləcəklər.

"Biz onlarla, o cümlədən Cənub-Cənub və üçtərəfli əməkdaşlıq üzrə Qlobal Alyansımız vasitəsilə sıx əməkdaşlıq etmək niyyətindəyik", - deyə UNOSSC-nin rəhbəri vurğulayıb.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər