Baku TV WUF13-də
Far.Az xəbər saytı

Baku TV WUF13-də


Azərbaycan növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. Dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçını bir araya gətirən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) informasiya baxımından da böyük maraq doğurur.

Forum çərçivəsində həyata keçirilən canlı yayımlar isə Baku TV-nin işinin əsas hissəsini təşkil edir. Gün ərzində müxtəlif nöqtələrdən edilən canlı yayımlar vasitəsilə izləyicilər tədbirin gedişi ilə bağlı ən son məlumatları operativ şəkildə əldə edirlər.

WUF13-ün keçirildiyi günlərdə Baku TV komandası tədbirləri operativ və hərtərəfli şəkildə işıqlandırıb. Müxbirlər panel müzakirələri və rəsmi görüşlərdən reportajlar hazırlayıb, yerli və xarici ekspertlərlə, həmçinin dövlət rəsmiləri ilə eksklüziv müsahibələr təqdim ediblər. Təkcə kamera önündə deyil, pərdəarxasında da gərgin iş prosesi davam edir.

Hazırlanan materiallar redaksiyaya göndərilib, redaktorlar isə görüntüləri nəzərdən keçirərək məlumatların dəqiqliyini yoxlayıblar. Daha sonra görüntülər montaj otağında peşəkar şəkildə işlənib.

Son texniki düzəlişlər tamamlandıqdan sonra süjetlər izləyicilərə təqdim olunub. Qeyd edək ki, Baku TV-nin məqsədi dünyanın diqqət mərkəzində olan bu tədbiri izləyicilərə ən dolğun və operativ şəkildə çatdırmaqdır.

Oxşar xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər