Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI
Far.Az xəbər saytı

Bakı-Tbilisi-Bakı qatarında pulsuz baqaj limiti AÇIQLANDI


Bakı-Tbilisi-Bakı reyslərində komfort və komfort-plus sinifləri üzrə çəkisi 23 kq-dan (Lüks sinifdə 30 kq-dan) çox olmayan 1 ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.

Far.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, kiçik əl yükü üçün də ödəniş tələb olunmur.

Qeyd edilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort-plus kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.

Oxşar xəbərlər

Bakı-Tbilisi-Bakı qatarında komfort, komfort+ və lüks siniflərdə getmək olacaq - NƏLƏR DAXİLDİR?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər