Qaziantep valisi: Türk dövlətlərini mütəşəkkil şəkildə bir araya gətirən sahə həm də qastronomiyadır
Far.Az xəbər saytı

Qaziantep valisi: Türk dövlətlərini mütəşəkkil şəkildə bir araya gətirən sahə həm də qastronomiyadır


Türk dövlətlərini mütəşəkkil şəkildə bir araya gətirən sahə həm də qastronomiyadır.

Bu fikri Qaziantepdə keçirilən "Türkiyənin Qastrodiplomatika Modeli: Süfrə və İrs" proqramındakı çıxışından sonra "Report"un yerli bürosuna açıqlamasında şəhər valisi Kamal Çeber bildirib.

Valinin fikrincə, türk dövlətlərinin kimliyini, tarixini oxşar ənənələr və rəngarəng süfrələr də bir araya gətirir: "Mənim ana tərəfdən babalarım Qafqaz kökənlidir. Hər zaman müşahidə etmişəm ki, yeməklərimiz, ədviyyatlarımız, bişirmə üsullarımız hamısı eyni ənənələrdən və türk mədəniyyətindən gəlir. Ona görə də biz süfrə mədəniyyətimizin də mövcud potensialını nümayiş etdirməliyik. Biz zatən birlikdəyik. Fikrimcə, qastronomiya sahəsini də birləşdirməliyik və süfrələrimizin zənginliyi təcrübələrini bölüşməliyik".

Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana son səfəri zamanı "Qarşıdakı dövrü Türk dünyasının əsri edəcəyik" ifadəsini xatırladan vali deyib ki, Türkiyə bu hədəfə çatmaq məqsədindədir: "Türkiyə olaraq bizim belə bir ambisiyamız var. Mənim fikrimcə, türk dünyasının yüz illiyində mətbəximiz ən vacib komponentlərdən biri olacaq".

O, Qaziantepin YUNESKO tərəfindən qeydiyyatdan keçmiş qastronomiya mədəniyyətini, 600-dən çox regional ləziz təamının milli və beynəlxalq platformalarda təbliğ edildiyini bildirib. Kamal Çeber bu baxımdan Türk Dövlətləri Təşkilatının qastronomiya sahəsində Qazinatepin ev sahibliyi ilə birləşməsini arzu edib: "Türkmənistanda, Qazaxıstanda, Azərbaycanda, Özbəkistanda bu cür tədbirlər vasitəsilə mətbəximizi nümayiş etdirmək niyyətindəyik".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Antalyada İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib
Bakıda keçirilən Hərbi parad dünya KİV-ində geniş işıqlandırılıb
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə - Şəki SƏFƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər