İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesabında WUF13-lə bağlı paylaşım edilib.
"Report" dövlət başçısının "X" hesabındakı paylaşımını təqdim edir:
"Azərbaycan daha bir mühüm qlobal tədbirə - WUF13-ə ev sahibliyi etmək şərəfinə nail oldu. Bu, COP29-dan sonra ölkədə keçirilmiş ikinci ən böyük beynəlxalq toplantıdır.
Biz bütün iştirakçıları, tərəfdaşları və BMT ailəsini, xüsusən BMT-Habitat-ı uğurlu və nəticəyönümlü WUF13 münasibətilə təbrik edirik.
Təxminən 60 000 rekord sayda iştirakçı ilə WUF13 indiyədək keçirilmiş ən böyük Ümumdünya Şəhər Forumu kimi tarixə düşdü. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlər Seqmenti qlobal şəhər gündəliyinə daha böyük siyasi təkan verdi.
WUF13 çərçivəsində aparılmış zəngin və hərtərəfli müzakirələr iki mühüm yekun sənədi ilə nəticələndi - Sədrin Xülasəsi və Bakı Fəaliyyət Çağırışı. Urbisid, kultursid və ekosiddən əziyyət çəkmiş bir ölkə olaraq, Azərbaycan hazırda Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri və yüzlərlə kəndi sıfırdan yenidən qurur. Buna görə də, Azərbaycanın münaqişədən sonrakı yenidənqurma səylərinin beynəlxalq ictimaiyyət tərəfindən güclü şəkildə tanınmasından qürur duyuruq. Bu səylər dünya üzrə digər münaqişədən sonrakı kontekstlər üçün dəyərli nümunə kimi qeyd olunub.
Forumdan yaranan və yekun sənədlərdə əks olunan ideyalar - təmiz havadan və dayanıqlı şəhər inkişafından tutmuş mədəni irsin qorunmasına və Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərin ehtiyaclarına qədər - qlobal şəhər gündəliyini daha da zənginləşdirəcək və istiqamətləndirəcək.
Artan qlobal qeyri-müəyyənlik dövründə WUF13 Azərbaycanın daha yaxşı gələcək naminə çoxtərəfliliyə və kollektiv fəaliyyətə daha bir mənalı töhfəsini təmsil edir".
Azerbaijan had the privilege to host another landmark global event — WUF13, the second biggest international gathering ever held in the country after COP29.
— Ilham Aliyev (@presidentaz) May 23, 2026
We congratulate all participants, partners, and the UN family, in particular UN-Habitat, on the successful and… pic.twitter.com/ffkRyzWadC
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyeva Mingəçevirdə şəhid ailəsini ziyarət edib, bir sıra sosial müəssisələrlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Muxtar Babayev: İqlim miqrasiyası və hərbi münaqişələr şəhər planlaşdırmasını çətinləşdirir
-
Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək
-
Patrisiya Skotlend: İqlim dəyişikliyi qlobal mənzil böhranını kəskinləşdirir
-
Deputat: Bürokratiya mənzillərin dəyərinin artmasına səbəb olur
-
Nazir: "İyunun 5-də Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək"
-
Rüfət Mahmud: "İçərişəhərdə yeni restoranların açılmasına dəstək verilmir"













