Azərbaycanda könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb
Far.Az xəbər saytı

Azərbaycanda könüllü sığorta bazarı 15 %-ə yaxın böyüyüb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 518,002 milyon manat sığorta haqqı toplanılıb.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 250,643 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 34 % çoxdur.

Beləliklə, 4 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 48,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 41,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti 610,216 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,7 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 304,353 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 31,6 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 49,9 manatı ödəniş edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 39,3 manat olub.

Oxşar xəbərlər

Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycanda icbari sığorta üzrə ödənişlər 21 %-dən çox artıb
Azərbaycanda könüllü sığorta bazarı 7 %-ə yaxın böyüyüb
Azərbaycanda könüllü sığorta bazarı 14 %-dən çox böyüyüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər