Orxan Məmmədov Avropa çempionatından əvvəl minifubol millisinin üzvləri ilə görüşüb
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Avropa çempionatına yollanmağa hazırlaşan Azərbaycan millisinin üzvləri ilə görüşüb.
"Report"un məlumatına görə, toplantı zamanı komandanın hazırlıq prosesi və qarşıdakı turnirlə bağlı məsələlər müzakirə olunub.
Yığmanın baş məşqçisi Elşad Quliyev hazırlıq mərhələsi barədə hesabat təqdim edib. O, komandanın təlim-məşq toplanışını uğurla başa vurduğunu və futbolçuların turnirə yüksək motivasiya ilə hazırlaşdığını bildirib.
Orxan Məmmədov isə çıxışında milli komandaya inandığını vurğulayıb. O, futbolçulara qarşıdakı Avropa çempionatında uğurlu çıxış arzulayıb və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.
Qeyd edik ki, Avropa çempionatı 27 may - 4 iyun aralığında Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bratislavada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev və Peter Pelleqrini Bratislavada Devin qəsrində olublar
Azərbaycan və Slovakiya prezidentləri Bratislavada "Azadlıq Qapısı" abidəsini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Qarabağ" mövsümü qələbə ilə başa vurub
-
Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Azərbaycanın postmünaqişə bərpası sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəklənib
-
Qurbanlıq heyvanların satışı və kəsiminə nəzarət gücləndirilir
-
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib
-
Tramp: FES-in yeni rəhbəri tamamilə müstəqil olmalıdır













