İran BMT-də nüvə silahları ilə bağlı yekun sənədin təsdiqlənməsinə mane olub
Far.Az xəbər saytı

İran BMT-də nüvə silahları ilə bağlı yekun sənədin təsdiqlənməsinə mane olub


Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) on birinci İcmal Konfransı Nyu-Yorkda BMT binasında üç həftəlik müzakirə və araşdırmalardan sonra heç bir nəticə əldə olunmadan öz işini başa çatdırıb.

"Report" xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkə hesabında yazıb.

"Ötən bir il ərzində İranın təminat altındakı dinc nüvə obyektlərinin Amerika və İsrail tərəfindən iki dəfə hücuma məruz qaldığı və bu məsələnin on birinci konfransın ən vacib narahatlığı olmalı olduğu halda, təəssüf ki, İranın mülki hədəflərinə, infrastrukturuna və günahsız vətəndaşlarına qarşı hərbi hücumları qınamayıblar", - o bildirib.

K. Qəribabadinin sözlərinə görə, təminat öhdəlikləri və Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə qınanan tərəf İran olub:

"İran tam qətiyyətlə bu ölkələrin öz siyasi məqsədlərinə çatmalarına icazə verməyib. On birinci konfrans Qərb ölkələrinin tələblərinə görə, yekun sənəd təsdiqlənmədən uğursuzluqla nəticələnib".

Qeyd edək ki, konfrans ötən gün yekunlaşıb və BMT-nin baş katibi Antonio Quterreş nüvə silahlarının yayılmaması müqaviləsi üzrə yekun sənəd üzərində konsensusun əldə olunmamasına görə məyus olduğunu bildirib.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər