Birbank və "Bir Kredit" BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin
Far.Az xəbər saytı

Birbank və "Bir Kredit" BOKT-dan yeni lizinq imkanı: 0%-dən başlayan ilkin ödənişlə avtomobil əldə edin


Avtomobil almaq istəyənlər üçün ən böyük çətinliklərdən biri yüksək ilkin ödəniş və uzunmüddətli rəsmiləşdirmə prosesidir.

"Bir Kredit" BOKT (Bank Olmayan Kredit Təşkilatı) bu stereotipləri dəyişərək müştərilər üçün daha əlçatan lizinq imkanını təqdim edir.

"Bir Kredit" BOKT, ölkənin ilk rəqəmsal bankı Birbank ilə tərəfdaşlıq çərçivəsində yeni lizinq xidmətini istifadəyə verib. Yeni xidmət sayəsində müştərilər həm yeni, həm də istehsal ili 5 ilə qədər olan işlənmiş avtomobilləri minimum 0%-dən başlayan ilkin ödənişlə, 100 000 AZN-dək maliyyələşmə məbləği ilə əldə edə və ödənişi 60 aya qədər hissələrlə həyata keçirə bilərlər.

Xidmətin əsas fərqləndirici cəhətlərindən biri onun daha geniş auditoriya üçün əlçatan olmasıdır. Belə ki, rəsmi gəliri olmayan şəxslər də bu fürsətdən yararlana bilərlər. Tərəflər bu yanaşma ilə avtomobil sahibi olmağı daha çox insan üçün əlçatan etməyi hədəfləyir.

Digər mühüm üstünlük isə prosesin sadəliyidir. Lizinq rəsmiləşdirilməsi birbaşa avtomobil salonunda həyata keçirilir. Bu isə əlavə sənəd toplamağa, banka getməyə və vaxt itirməyə ehtiyac qalmadan, avtomobili seçdiyiniz anda maliyyələşdirməni tamamlamağa imkan verir.

Birbank-ın rəqəmsal yanaşması bu xidmətdə də özünü göstərir. Müştərilər prosesi daha sürətli, rahat və şəffaf şəkildə həyata keçirə bilirlər. Yeni lizinq imkanı çevik şərtləri, sürətli rəsmiləşdirilməsi və geniş əlçatanlığı ilə avtomobil əldə etmə prosesinə yeni baxış gətirir.

Lizinq xidmətindən yararlanmaq istəyənlər daha ətraflı məlumat üçün Birbank mobil tətbiqi vasitəsilə müraciət edə və ya tərəfdaş avtomobil salonlarına yaxınlaşa bilərlər.

Ətraflı məlumat üçün: https://www.b-b.az/ZomFov

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər