FHN Qəbələdə texniki təhlükəsizliyə həsr olunan seminar-müşavirə keçirib
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələ rayonunda "Texniki Təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirib.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, tədbir FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və "Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini Ruslan Ağamirzəyev ölkədə həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlət başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində fəaliyyət göstərən iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Agentliyin digər rəis müavini İsmayıl Nəsirov isə çıxışında müəssisələrdə texniki təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edib, qabaqlayıcı-profilaktik tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb.
Tədbir çərçivəsində Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası İdarə Heyətinin sədri Orxan Xəlilzadə "Texniki təhlükəsizlik sahəsində xidmətlərin inkişafı" mövzusunda çıxış edib. O, texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib













