Ağdamda daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub
Far.Az xəbər saytı

Ağdamda daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub


Bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

BAKU.WS xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə olmaqla, 417 nəfər köçürülüb. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edənlər doğma yurdlarına qayıdan sakinlərə təbriklərini çatdırıb, onlara firavan həyat arzulayıblar.

Sonra ailələrə mənzillərin açarları təqdim olunub. Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhəri sakinləri sevinc hissi ilə 2-ci yaşayış kompleksindəki yeni mənzillərində yerləşiblər.

Qeyd edək ki, 13 hektardan çox ərazini əhatə edən 2-ci yaşayış kompleksində 60 bina inşa olunub. Kompleksdə 114-ü birotaqlı, 464-ü ikiotaqlı, 536-sı üçotaqlı, 154-ü dördotaqlı olmaqla, ümumilikdə, 1268 mənzil var. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, daxili yollar çəkilib, idman və uşaq oyun meydançaları, velosiped zolağı, yerüstü və yeraltı avtomobil dayanacaqları yaradılıb.

***12:53

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

BAKU.WS xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

***08:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

BAKU.WS xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 417 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər