Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 1 milyon manatdan çox xalis mənfəət əldə edib
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2025-ci ili 1,298 milyon manat xalis mənfəətlə başa vurub.
"Far.Az" Agentliyin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,1 dəfə azdır.
Ötən il MİDA-nın ümumi və inzibati xərcləri 6,111 milyon manat (43,1 % çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə üzrə zərəri 4,224 milyon manat (əvvəlki il bərpa olub), maliyyə gəlirləri 6,777 milyon manat (47,3 % az), mənfəət və ya zərərdən ədalətli dəyərlə əks etdirilən kreditlərin ədalətli dəyəri üzrə zərəri 2,7 milyon manat (2,6 dəfə az), diskontların amortizasiyasından gəliri 7,747 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 190 min manat (9,1 dəfə az) təşkil edib.
Bu il yanvarın 1-nə MİDA-nın aktivləri 426,065 milyon manat olub ki, bu da illik müqayisədə 17,6 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 23,5 dəfə azalaraq 1,649 milyon manata, balans kapitalı isə 11,3 % azalaraq 424,416 milyon manata çatıb.
Xatırladaq ki, MİDA ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 100 milyon manatdır. Agentliyin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir. Bununla yanaşı, ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, vətəndaşların güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə qurumun tabeliyində "MİDA" MMC yaradılıb.
Oxşar xəbərlər
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Mənzil İnşaatı Dövlət Agentliyi ötən il 8 milyon manatdan çox xalis mənfəət əldə edib
MİDA: 10 il ərzində ümumilikdə 11 mindən çox ailə mənzillə təmin olunub
Azərbaycanda mənzil təminatı: sosial inklüzivlik və dayanıqlı urbanizasiya modeli – ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər













