Azərbaycanda 14 il əvvəlki qətlin üstü açıldı - Qadın həbs edildi
14 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb.
Bildirilib ki, 21.12.2012-ci il tarixdə Göyçay şəhəri, A.Faruq küçəsində yerləşən fərdi yaşayış evində kişi cinsli meyitin aşkar edilməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş əməliyyat məlumatları əsasında Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb.
Araşdırmalarla evdə meyiti aşkar olunan 1932-ci il təvəllüdlü Rza Ağayevin qəsdən öldürülməsi müəyyən edildiyindən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İstintaq zamanı prokurorluq və polis əməkdaşları tərəfindən birgə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən meyitin ekshumasiyası, istintaq eksperimenti, ekspertiza rəyləri və toplanmış digər sübutlarla Ramilə Quliyevanın 20.12.2012-ci il tarixdə Rza Ağayevin pul vəsaitini ələ keçirmək məqsədilə onun yaşadığı evə gəlməsi, taxta parçası ilə baş nahiyəsinə və bədəninin müxtəlif hissələrinə qəsdən zərbələr vurmaqla sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin dəlillər əsasında Ramilə Quliyeva 26.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bununla yanaşı, ötən illərdən bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən naməlum şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin açılması, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri ardıcıl şəkildə davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Bakı-Tbilisi sərnişin qatarı yola salınıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













