"SpaceX" Pentaqon üçün 2,29 milyard dollarlıq təhlükəsiz peyk şəbəkəsi quracaq
Far.Az xəbər saytı

"SpaceX" Pentaqon üçün 2,29 milyard dollarlıq təhlükəsiz peyk şəbəkəsi quracaq


ABŞ Kosmik Qüvvələri "SpaceX" ilə 2,29 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqavilə Silahlı Qüvvələrin maraqları üçün qorunan, yüksək sürətli peyk rabitə sistemi hazırlanmasını nəzərdə tutur.

"Far.Az"un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Müqavilə çərçivəsində "Space Data Network (SDN) Backbone" adlı magistral şəbəkənin qurulması planlaşdırılır. Bu, böyük həcmdə məlumatların minimal gecikmə ilə ötürülməsini təmin edəcək dayanıqlı infrastruktur olacaq. Sistem qlobal miqyasda hərbi sensorlar və silah kompleksləri arasında rabitə təşkil etmək üçün hazırlanır.

Müqavilə sabit qiymət əsasında qeyri-ənənəvi satınalma razılaşması çərçivəsində bağlanıb. Şərtlərə görə, "SpaceX" 2027-ci ilin sonunadək tam işlək prototipi təqdim etməlidir.

ABŞ Kosmik Qüvvələrinin nümayəndələri dəqiqləşdiriblər ki, SDN şəbəkəsi raket hücumu barədə erkən xəbərdarlıq sistemlərindən və hədəf izləmə vasitələrindən məlumatların, demək olar, real vaxt rejimində müdafiə komplekslərinə ötürülməsi üçün istifadə olunacaq.

Pentaqonun məlumatına görə, "SDN Backbone" aşağı orbitdə yerləşən peyk qruplaşmasından ibarət olacaq. Bu qruplaşma qlobal rabitə xidmətləri göstərən peyk şəbəkəsini genişləndirəcək və ABŞ Kosmik İnkişaf Agentliyinin hərbi rabitə şəbəkəsi olan "Transport Layer" ilə birlikdə fəaliyyət göstərəcək. Bu sistemlər birgə ABŞ Müdafiə Nazirliyinin cari və gələcək missiyaları üçün vahid məlumat ötürmə arxitekturası formalaşdırmalıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər