Koreyalı diplomat: Azərbaycan COP29 və WUF13 tədbirlərinə müvəffəqiyyətlə ev sahibliyi edib
Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib, qlobal əhəmiyyətli COP29 və WUF13 tədbirlərinə yüksək müvəffəqiyyətlə ev sahibliyi edib.
Azərbaycanın Seuldakı səfirliyindən "Far.Az"a verilən məlumata görə, bunu Koreya Respublikasının Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə sülh üzrə xüsusi nümayəndəsi Li Kyunq-çul diplomatik nümayəndəlikdə 28 May - Müstəqillik Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Li Kyunq-çul Koreya hökuməti adından Azərbaycan xalqını və hökumətini müstəqilliyimizin 108-ci ildönümü münasibətilə təbrik edib.
Azərbaycanın beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrildiyini və qlobal əhəmiyyətli COP29 və WUF13 tədbirlərinə yüksək müvəffəqiyyətlə ev sahibliyi etdiyini deyən diplomat Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçiriləcək zirvə görüşünün də eyni uğuru təkrarlayacağına əminliyini bildirib.
Azərbaycan-Koreya münasibətlərinə toxunan Li Kyunq-çul Azərbaycanın beynəlxalq məsələlərdə hər zaman ölkəsinin istiqanlı və yardımsevər dostu olduğunu vurğulayıb. O, Azərbaycanın Yaxın Şərqdəki böhran zamanı Koreya Respublikasının vətəndaşlarının ölkələrinə təxliyə olunması üçün göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.
İki ölkə arasında humanitar sahələrdəki əməkdaşlığı yüksək qiymətləndirən qonaq Koreyada ilk standart Azərbaycan dili dərsliklərinin dərc olunması, eləcə də "Kitabi-Dədə Qorqud" dastanının Koreya dilinə tərcümə olunmasının xalqlarımız arasındakı dostluq və anlaşmaya töhfə verdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azərbaycan Dəmir Yolları" gücləndirilmiş iş rejiminə keçir
-
Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
-
Çapayevdə nəqliyyatın hərəkəti iflic olub
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
-
Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi













