Kiyevdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Far.Az xəbər saytı

Kiyevdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub


Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, tədbirdə Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk, Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva, nazirlər, deputatlar, Kiyevdəki xarici ölkələrin səfirliklərinin nümayəndələri, ictimai-siyasi xadimlər, universitet rəhbərləri və diaspor fəalları iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev təqdimat edərək bildirib ki, 108 il əvvəl 28 may 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti İstiqlal Bəyannaməsi ilə elan edilib:

"Bu, sadəcə, yeni bir dövlətin bəyannaməsi deyildi. Bu, azadlıq, plüralizm, bərabərlik və demokratik idarəetməyə əsaslanan gələcəyə yönəlmiş siyasi mədəniyyətin təzahürü idi. Bu, Şərqdə demokratik idarəetmənin qabaqcıl nümunəsinə çevrildi. 108 il sonra, bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında Azərbaycan suverenliyə, ərazi bütövlüyünə, iqtisadi inkişafa və konstruktiv beynəlxalq tərəfdaşlığa qətiyyətlə sadiq qalan güclü, müstəqil və beynəlxalq səviyyədə nüfuzlu bir dövlət kimi tanınır".

Ukrayna Ali Radası adından təbriklərini çatdıran spikerin müavini Olena Kondratyuk isə çıxışında bildirib ki, Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar.

"Biz tarixin, ortaq çağırışların və qarşılıqlı dəstəyin birləşdirdiyi dostuq. Biz Azərbaycana göstərdiyi humanitar yardıma, enerji sektorumuza verdiyi dəstəyə, dağılmış infrastrukturun bərpasına görə minnətdarıq", - deyə Olena Kondratyuk əlavə edib.

Ukrayna Prezident Ofisi Aparatının rəhbərinin müavini İqor Jovkva isə çıxışında qeyd edib ki, hələ 1918-1920-ci illərdə Ukrayna Xalq Respublikası və Azərbaycan Demokratik Respublikası iki gənc müstəqil dövlət kimi diplomatik münasibətlər qurub və əməkdaşlıq inkişaf etdirib.

"Bütün çətinliklərə baxmayaraq, biz bu dostluğu qoruyub saxlamışıq. Ukraynanın enerji infrastrukturunun bərpasında göstərdiyiniz dəstəyə görə dərin minnətdarlığımızı bildiririk. Enerji sektoruna yardımın dəyəri 2022-ci ildən bəri artıq 12 milyon dolları keçib", - İqor Jovkva vurğulayıb.

Daha sonra Azərbaycanın təbiətini, mədəniyyətini və incəsənətini təcəssüm etdirən videoçarx nümayiş olunub.

Xüsusi guşədə Azərbaycan istehsalı olan məhsulların təqdimatı da baş tutub.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər