Romada "SOCAR İtaliya" şirkətinin rəsmi təqdimatı olub
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İtaliyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib və 28 May - Müstəqillik Günü münasibətilə Romada təşkil olunan rəsmi qəbulda iştirak edib.
Far.Az SOCAR-a istinadən xəbər verir ki, R. Nəcəf İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin, İtaliyanın müəssisələr və "Made in Italy" naziri Adolfo Urso ilə görüşüb.
Görüşlərdə Azərbaycan ilə İtaliya arasında uğurlu iqtisadi əməkdaşlığa əsaslanan əlaqələrin enerji sektorunda da dayanıqlı inkişafı məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınmasının ölkələrimizin enerji sektorunda əməkdaşlığının genişlənməsi baxımından önəmi qeyd olunub.
Söhbət zamanı enerji təhlükəsizliyinə, SOCAR-ın İtaliyadakı fəaliyyətinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR prezidenti səfər çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü ilə bağlı təşkil olunan rəsmi qəbulda iştirak edib. Tədbir çərçivəsində "SOCAR İtaliya" şirkətinin rəsmi təqdimatı olub.
Tədbirdə çıxış edən SOCAR prezidenti Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə keçdiyi inkişaf yolundan, əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin ötən illər ərzində qarşılıqlı etimad və sıx əməkdaşlıq əsasında inkişaf etdiyini bildirən R. Nəcəf bu gün də əlaqələrin dinamik şəkildə genişləndiyini, qarşılıqlı faydalı tərəfdaşlığın digər sahələrlə yanaşı, enerji sektorunda da uğurla dərinləşdirildiyini qeyd edib. R. Nəcəf "SOCAR İtaliya" şirkətinin rəsmi fəaliyyətə başlamasının, həmçinin SOCAR tərəfindən "Italiana Petroli" şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın göstəricisi olduğunu bildirib.
Tədbirdə, həmçinin Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciriellinin, İtaliya Senatının vitse-prezidenti, senator Licia Ronzullinin çıxışları dinlənilib.
Qalereya
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Rövşən Nəcəf bir sıra xarici şirkətlə əməkdaşlıq imkanlarını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Məhəmməd Yaqub: Əfqanıstan ərazisi İrana hücumlar üçün istifadə olunmayacaq
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Bayram günü kabab bişirmək istəyi ana və övladına BAHA BAŞA GƏLDİ













