Simon Sprinqett: Dünyada mənzil problemi ilə üzləşənlərin əksəriyyəti qadınlardır
Dünyada mənzil problemi ilə üzləşən insanların əksəriyyətini qadınlar təşkil edir.
"Far.Az" xəbər verir ki, bunu Barbadosda Birləşmiş Millətlər Təşkilatının Rezident Koordinatoru Simon Sprinqett Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qadınların Dəyirmi Masası: Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil təminatı" adlı tədbirdəki çıxışında deyib.
Onun sözlərinə görə, qadınların başçılıq etdiyi ev təsərrüfatlarının sayı kifayət qədər çoxdur:
"Mənzil problemi ilə üzləşən insanların əksəriyyətini qadınlar təşkil edir. BMT gender statistikasının inkişafına, investisiyaların cəlb olunmasına, təhlükəsizliyin təmin olunmasına və iqlim risklərinin nəzərə alınmasına dəstək verə bilər".
S.Springettun fikrincə, bu çərçivədə mövcud reallıqlara uyğun siyasətlər formalaşdırılmalıdır:
"Bunun üçün etibarlı sübutlar və məlumatlar əldə edilməli, məlumatlardan istifadənin təşviqinə xüsusi diqqət yetirilməlidir. BMT məlumat sistemlərinin təkmilləşdirilməsi, eləcə də yaşayış yerlərində təhlükəsizliyin təmin olunması istiqamətində dəstək verə bilər".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Azərbaycanda mənzil və avtomobillər kimlərə pulsuz verilir - RƏSMİ CAVAB
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ
-
Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
-
Fransada etirazlara görə müxtəlif şəhərlərdə həbslər həyata keçirilir













