Azərbaycanın U-21 millisi Bakıda təlim-məşq toplanışına start verib
Far.Az xəbər saytı

Azərbaycanın U-21 millisi Bakıda təlim-məşq toplanışına start verib


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına start verib.

"Far.Az"un məlumatına görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində gerçəkləşən hazırlıq prosesinin 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

İtaliyanın "Sampdoriya" klubunun U-19 kollektivində çıxış edən Lorenzo Mezzotero yığma ilə ilk məşqində iştirak edib. Milliyə yeni cəlb olunan daha bir futbolçu - Belçikanın "Sent-Truiden" klubunun yarımmüdafiəçisi Mustafa Kamara isə düşərgəyə sabah qoşulacaq.

Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.

Oxşar xəbərlər

Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Mustafa Kamara Azərbaycanın U-21 millisininə cəlb olunub
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər