İcra hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub?
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə Qurban bayramı münasibətilə ət payı göndərilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda həmin ətin köhnə olduğu üçün artıq istifadəyə yaramadığı iddia edilib. Vətəndaşlar bildirib ki, ət göyərmiş və qurdlamış şəkildə olub, kəskin qoxu hiss olunub.
Qurumdan bildirilib ki, isti hava və məsuliyyəsizlik səbəbindən bəzi qurban paylarında problem yaransa da, məsələ artıq aradan qaldırılıb:
"Qurban bayramı münasibətilə Cəlilabad RİH tərəfindən 1800 şəhid, qazi və aztəminatlı ailəyə qurban payı göndərilib. Lakin qəssab və ərazi üzrə nümayəndə tərəfindən məsuliyyətsizliyə yol verilib. İsti hava olduğundan sellofana yığılan və çatdırılma zamanı ləngiyən bayram payında bir neçə nəfərə çatacaq ət keyfiyyətini itirib. Həmin qurban payları yenisi ilə əvəz olunub".
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
"McDonald"s Azərbaycan" şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













