Belçikada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanın Belçika, Lüksemburq və Avropa İttifaqındakı səfirliyində ölkənin Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib.
"Report"un Avropa bürosunun məlumatına görə, tədbirin əvvəlində Azərbaycan, Belçika və Avropa İttifaqının dövlət himnləri səsləndirilib.
Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Vaqif Sadıxov çıxış edərək, yaradılmasının 108-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə tutduğu mühüm yerdən danışıb. Rəsmi Bakının daxili və beynəlxalq siyasətdəki uğurlarından danışan səfr Azərbaycanla Avropa İttifaqı təsisatları arasında siyasi dialoqun intensivləşməsini vurğulayıb.
O, mart ayında Avropa İttifaqı Şurasının sədri Antonio Koştanın Bakıya və may ayında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın səfərlərini xatırladaraq, bu təmasların Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni dinamikasını əks etdirdiyini qeyd edib. Səfir vurğulayıb ki, Aİ Mərkəzi Asiya ilə əlaqələrini gücləndirdikcə, Azərbaycan strateji coğrafi mövqeyi və müasir infrastrukturu sayəsində etibarlı nəqliyyat və logistika mərkəzi kimi çıxış etməyə hazırdır.
Öz növbəsində, Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə bildirib ki, müstəqillik təkcə bəyannamə deyil, həm də daimi müdafiə, güclü dövlət qurumları və müdafiə potensialı tələb edir.
O, qeyd edbi ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda genişmiqyaslı siyasi və hərbi islahatlara başlanılıb və bu islahatlar Prezident İlham Əliyevin rəhbərliyi altında yeni mərhələyə qədəm qoyub, ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin edib.
Onun sözlərinə görə, münaqişənin sona çatması və regionda sülhün bərqərar olması Azərbaycanın beynəlxalq arenada daha fəal rol oynamasına və nüfuzlu geosiyasi aktyor kimi mövqeyini möhkəmləndirməsinə imkan verib. Tədbir mədəni proqramla davam edib.
Oxşar xəbərlər
Bakı sakinləri Zəfərin beşinci ildönümünü qeyd edir
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Muxtar Babayev BMT baş katibinin müavini ilə iqlim məsələlərini müzakirə edib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq













