Xocalıda il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq
Xocalı şəhərində il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq.
"Far.Az"un Prezidentin izi ilə Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu "Qarabağ Tükistil evi" MMC-nin təsisçisi Rizvan Təhməzov deyib.
Onun sözlərinə görə, Xocalıda fəaliyyət göstərəcək "Qarabağ Tekstil Evi" MMC-nin istehsalat müəssisəsi Türkiyə və Çin texnologiyaları əsasında qurulub:
"Ən son texnologiyalar müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal etməyə imkan verəcək. Müəssisədə ilkin mərhələdə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları (Yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal) digər məhsulların istehsalı nəzərdə tutulur. Məhsulların istehsalı üçün zəruri xammal Türkiyə, Özbəkistan və Çindən idxal olunacaq".
R.Təhməzov bildirib ki, müəssisənin məhsulları daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək:
"Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, xaricə ixrac da ediləcək. Hazırda müəssisədə 85 nəfər daimi işlə təmin olunub. Onlar əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bundan başqa, Xocalı və Ağdam rayonlarından olan 40 sakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən iki aylıq peşə təliminə cəlb ediləcəklər. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin olunacaqlar. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili də planlaşdırılır".
O, müəssisənin qurulmasında dövlət dəstəyinin mühüm əhəmiyyət daşıdığını da vurğulayıb.
"İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Bu maliyyənin 3,2 milyon manatı İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit şəkilində ayrılıb. 1 milyon manatı isə özəl investisiya təşkil edib. Müəssisəmiz işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq".
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Xocalı şəhərində "Qarabağ Tekstil Evi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.
Oxşar xəbərlər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Muxtar Babayev BMT baş katibinin müavini ilə iqlim məsələlərini müzakirə edib
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq













