Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür
Far.Az xəbər saytı

Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyovun doğum günüdür


Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Yuri Kovalyovun doğum günüdür.

Yuri Petroviç Kovalyov 1965-ci ilin bu günü, yəni mayın 29-da Göyçayda doğulub.

O, 1990-cı ildə Daxili İşlər Nazirliyinin tabeliyindəki xüsusi polis bölmələrinin sıralarına qoşulub və tez-tez Qarabağa ezamiyyətə gedib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başı üçün mükafat təyin ediblər.

Yuri və silahdaşları ən qanlı döyüşlərdə vuruşublar, ən çətin tapşırıqları yerinə yetiriblər.

O, 26 yaşında 1991-ci il oktyabrın 3-də Xocavənd bölgəsində erməni işğalçıları ilə döyüşdə snayper gülləsinə tuş gəlib.

Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Yuri Kovalyov Tamara xanım ilə ailə həyatı qurub və ömrünün sonuna qədər onunla evli idi. Regina və Yuliya adlı 2 qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 1992-ci il tarixli sərəncamı ilə Yuri Kovalyov ölümündən sonra "Azərbaycan Milli Qəhrəman" adına layiq görülüb.

Bakı şəhərindəki 229 saylı orta məktəb onun adını daşıyır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Rəsmilər Şəhidlər xiyabanında
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər