Türkiyənin bir neçə bölgəsində güclü yağışlar sel və subasmaya səbəb olub
Far.Az xəbər saytı

Türkiyənin bir neçə bölgəsində güclü yağışlar sel və subasmaya səbəb olub


Türkiyənin bir neçə bölgəsində güclü yağışlar sel və subasmaya səbəb olub.

"Far.Az" xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, Kocaelinin Karamürsəl rayonunda müşahidə olunan güclü yağış nəticəsində bəzi ev və iş yerlərini su basıb. Bənzər vəziyyət Bursanın İnegöl rayonunda da qeydə alınıb. Qısa müddətdə intensivləşən yağışlar bir sıra ərazilərdə subasmalara səbəb olub.

Evlərini su basan sakinlər vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat veriblər. Əraziyə cəlb olunan xilasetmə briqadaları su basmış evlərdə və küçələrdə suyun çəkilməsi istiqamətində işlərə başlayıblar. Həmçinin bəzi ərazilərdə tutulmuş kanalizasiya və yağış barmaqlıqlarının açılması üçün tədbirlər görülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər