Şuşanın Böyük Qaladərəsi kəndində I mərhələdə 17 ev bərpa edilib
Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa edilib.
"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin Xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib.
O, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş kəndin 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı azad olunduğunu bildirib.
İ.İsmayıliv qeyd edib ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində mühüm layihələr həyata keçirilib:
"Kənddə transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər artıq sayğaclaşdırılıb. Bundan başqa, kəndə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılmasına başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üçün zəruri işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıbŞ, Bayraq meydanı yaradılıb".
Nümayəndəliyin əməkdaşı kənddəki 50 fərdi evdən 13-nün yararsız, 37-nin isə qismən yararlı olduğunu diqqətə çatdırıb: "Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır. İlkin olaraq kəndə 64 nəfərdən ibarət 14 ailə qayıdıb".
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək
-
Muxtar Babayev BMT baş katibinin müavini ilə iqlim məsələlərini müzakirə edib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq













