Məhkəmə Kennedi Mərkəzinə Trampın adının əlavə olunmasını qadağan edib
Far.Az xəbər saytı

Məhkəmə Kennedi Mərkəzinə Trampın adının əlavə olunmasını qadağan edib


Vaşinqton Federal Məhkəməsi ABŞ paytaxtının ən böyük teatr-konsert kompleksinin adının dəyişdirilməsinə qadağa qoyub, həmçinin onun genişmiqyaslı yenidənqurma proqramını bloklayıb.

"Report"un məlumatına görə, müvafiq qərarlar dairə federal hakimi Kristofer Kuper tərəfindən qəbul edilib.

Çıxarılan qərarlar birbaşa Con Kennedi adına İfaçılıq İncəsənəti Mərkəzinə aiddir. 2025-ci il dekabrın 18-dən etibarən bu müəssisənin adı rəsmi olaraq Con Kennedi və Donald Tramp adına İfaçılıq İncəsənəti Mərkəzi kimi dəyişdirilərək özündə iki ABŞ prezidentinin adını birləşdirmişdi. Fəaliyyəti federal hökumətin nəzarətində olan və Vaşinqtonda tez-tez "qeyri-rəsmi Mədəniyyət Nazirliyi" adlandırılan kompleksin iyul ayında təxminən iki il müddətinə təmir üçün bağlanması planlaşdırılırdı.

Bununla belə, ABŞ-nin bir neçə tarixi və memarlıq təşkilatı sözügedən planlarla bağlı mart ayında kompleksin idarəedicilər şurasına qarşı iddia qaldırıb. İddiaçılar müdafiə tərəfinin ABŞ Konqresinin icbari razılığını almadan və müəyyən edilmiş federal yoxlama prosedurlarını pozaraq hərəkət etdiyini irəli sürüblər. Ağ Ev isə bu cür iddiaları əsassız hesab edir.

"Məhkəmə müəyyən edib ki, idarəedicilər şurası Kennedi Mərkəzinə prezident Trampın adını müstəqil şəkildə verməklə öz səlahiyyətlərini aşıb. Kennedi Mərkəzinə bu ad konqres tərəfindən verilib və onu dəyişmək hüququ yalnız konqresə məxsusdur", - hakim Kuperin qərarında deyilir.

Sənəddə həmçinin mərkəzi administrasiya tərəfindən kompleksin binasına yerləşdirilmiş və Trampın adının çəkildiyi bütün yazıların iki həftə ərzində sökülməsi tələb olunur.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər