İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..."
Naxçıvanda yerləşən Əshabi-Kəhf ziyarətgahında, xüsusilə Qurban bayramında böyük izdiham müşahidə olunur.
Baku TV-nin məlumatına görə, ziyarətçilər qurbanlarını kompleksin aşağı hissəsindəki xüsusi məntəqədə kəsdikdən sonra ziyarətgahın yuxarı hissəsinə qalxaraq ibadətlərini yerinə yetirirlər.
Əshabi-Kəhf əsrlər boyu insanların inanc və ziyarət məkanı olub. Onun tarixinin çox qədim dövrlərə aid olduğu bildirilir.
Tarixçi Asəf Orucov bildirib ki, Əshabi-Kəhfdə qədim türk inanc sistemlərinin izlərinə də rast gəlmək mümkündür. Burada ağac, daş və su kultları ilə bağlı inanclar mövcuddur.
"İnanca görə, burada tavandan daman suyun insanın üzərinə düşməsi niyyət və arzularının qəbul olunacağına işarə sayılır. Sovet hakimiyyəti illərində Əshabi-Kəhfin ziyarət edilməsinə icazə verilmirdi. Buna baxmayaraq, insanlar gizli şəkildə, hətta gecə saatlarında belə buraya ziyarətə gəlirdilər", - deyə o, sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq
Daş Salnamə Muzeyində "Suyun sirri" pantomim tamaşası təqdim olunub
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Lukoyl"un xarici aktivlərinin satışı üçün lisenziyanın müddətini uzadıb
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
Müstəqillik Günü münasibətilə Belqradda rəsmi qəbul təşkil olunub
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək













