İranda denqe qızdırmasına yoluxma halları artıb
Far.Az xəbər saytı

İranda denqe qızdırmasına yoluxma halları artıb


İranda denqe qızdırmasına yoluxma halları artıb.

"Far.Az" xəbər verir ki, bunu İran QİÇS Mərkəzinin rəhbəri professor Mino Məhrəz deyib.

"Bu xəstəliyi daşıyan ağcaqanad çoxdan ölkəyə daxil olub və durğun suda asanlıqla çoxalır", – o bildirib və əlavə edib ki, bu ağcaqanad hətta binaların yuxarı mərtəbələrinə uça bilir və yumurta qoymaq üçün çox az miqdarda suya ehtiyac duyur.

Professorun sözlərinə görə, denqe qızdırması insana ağcaqanad dişləməsi yolu ilə keçir və birbaşa insandan insana ötürülmür:

"İlk yoluxma zamanı xəstəliyin simptomları, adətən, yüngül olur və soyuqdəyməyə bənzəyir, lakin təkrar yoluxmada xəstəlik ağırlaşır, qanaxmalar və hətta ölümlə müşayiət oluna bilər. Bu xəstəlik üçün spesifik dərman yoxdur, buna görə də profilaktika çox böyük əhəmiyyət daşıyır".

Qeyd edək ki, İranda sentyabr ayında denqe qızdırmasına yoluxma sayı artsa da, ölkədə yerli endemik yayılım qeydə alınmayıb.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər