AP: "Blue Origin" raketinin partlamasından sonra kosmodroma ciddi ziyan dəyib
Far.Az xəbər saytı

AP: "Blue Origin" raketinin partlamasından sonra kosmodroma ciddi ziyan dəyib


"Blue Origin" şirkətinin "New Glenn" ağır raketinin 36 nömrəli start meydançasında keçirilən sınaqlar zamanı partlaması Floridadakı Kanaveral burnunda yerləşən kosmodromun infrastrukturuna ciddi ziyan vurub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Nəşr qeyd edib ki, şəkillərdə dağılmış konstruksiyaların çoxsaylı qalıqları aydın görünür. Hadisə zamanı yalnız bir qüllə və su çəni salamat qalıb.

Agentliyin məlumatına görə, partlayış "Blue Origin" şirkətinin nüfuzuna ciddi zərbə vurub. Bundan əlavə, ötən ay peyki hesablanmış orbitə çıxarmaq üçün edilən uğursuz cəhddən sonra mühərrikdə yaranan nasazlıq səbəbindən "New Glenn" raketinin istismarını dayandırmaq məcburiyyəti yaranmışdı.

Xatırladaq ki, hadisə ötən gün raketin güc qurğusunun sınaqları zamanı baş verib.

Oxşar xəbərlər

Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər