"Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir - ŞƏRH
Böyük Britaniyanın dünyaca məşhur "Daily Express" nəşri Azərbaycan-Ermənistan sülh danışıqları, müəyyən qüvvələrin bu prosesə mane olmaq cəhdləri və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun cinayətkar, korrupsioner fəaliyyətinə həsr olunmuş araşdırma dərc edib. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə verdiyi dəstək son dövrlərdə Cənubi Qafqazda diqqət mərkəzində olan əsas geosiyasi məsələlərdən birinə çevrilib. Vaşinqtonun vasitəçilik təşəbbüsləri, regional kommunikasiyaların açılması istiqamətində irəli sürdüyü layihələr və tərəflər arasında etimadın gücləndirilməsinə yönəlmiş addımlar bölgədə uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanır.
"Daily Express" yazır ki, Okamponun timsalında bəzi qüvvələr Cənubi Qafqaz ətrafında dəfələrlə diskreditasiya olunmuş ritorikasını yenidən informasiya məkanına qaytarmağa çalışırlar. Maraqlıdır ki, Tramp administrasiyası Cənubi Qafqazı xarici siyasətin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir - xüsusilə Rusiyanın regionda mövqelərinin nəzərəçarpacaq dərəcədə zəifləməsi fonunda. Vaşinqton danışıqlarda əldə edilmiş tərəqqini möhkəmləndirməyə çalışır və uzunillik münaqişənin yekun həllini dəstəkləyir.
Materialda xüsusi vurğulanır ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi son illərdə keyfiyyətcə yeni mərhələyə keçib. Söhbət artıq münaqişəni dondurma cəhdlərindən deyil, sərhədlərin delimitasiyasını, kommunikasiyaların bərpasını və regional əməkdaşlığın inkişafını əhatə edən tamhüquqlu sülh arxitekturasının formalaşdırılmasından gedir.
Məqalədə eyni zamanda britaniyalı parlamentarilərin azad olunmuş ərazilərdə "erməni mədəni irsinin məhv edilməsi"nə həsr olunmuş son "araşdırması" da tənqid edilib. Müəllif qeyd edir ki, dinləmələr birtərəfli xarakter daşıyıb, çünki dəvət edilmiş çıxışçılar arasında Azərbaycanın heç bir nümayəndəsi yox idi, bütün iştirakçılar isə ermənipərəst və rusiyayönümlü mövqeləri təmsil ediblər. Bu fonda Okamponun fəaliyyəti xüsusilə göstəricidir - o, 44 günlük müharibənin başa çatmasından sonra "soyqırım" və "etnik təmizləmə" haqqında siyasiləşdirilmiş və açıq-aşkar spekulyativ tezislərin ən fəal yayıcılarından birinə çevrilib. Onun bəyanatları dəfələrlə həm beynəlxalq ekspertlər, həm də hüquq ictimaiyyəti tərəfindən sübut bazasının olmamasına və beynəlxalq hüququ siyasi fəallıqla əvəzləmə cəhdlərinə görə tənqid edilib.
Və məhz bu kontekstdə Okamponun ritorikası reallıqdan getdikcə daha çox uzaqlaşmış görünür. Keçmiş prokuror köhnə siyasi tezisləri yaymağa davam edərkən, beynəlxalq diplomatiya artıq gələcək sülh sazişinin parametrlərini və Cənubi Qafqazda uzunmüddətli sabitliyi müzakirə edir.
Okamponun fəaliyyəti qalmaqallar və mübahisəli məqamlarla doludur və uzun illərdir beynəlxalq hüquq və siyasi dairələrdə müzakirə olunur. O, Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) ilk baş prokuroru kimi tanınsa da, fəaliyyəti dövründə və sonrakı illərdə müxtəlif ittihamlar, etik suallar və qərəzlilik iddiaları ilə gündəmə gəlib.
Son illərdə isə Okampo Azərbaycan-Ermənistan münaqişəsi kontekstində hazırladığı hesabatlarla yenidən diqqət mərkəzinə düşüb. O, 2023-cü ildə Qarabağda ermənilərə qarşı "soyqırımı təhlükəsi" ilə bağlı hesabat hazırlamışdı. Azərbaycan tərəfi və bir sıra beynəlxalq hüquq ekspertləri həmin sənədi qərəzli, hüquqi əsaslardan məhrum və siyasi xarakterli hesab edərək sərt tənqid etmişdilər. Britaniyalı hüquqşünas Rodni Dikson və digər ekspertlər Ocamponun nəticələrinin beynəlxalq hüququn tələblərinə uyğun olmadığını bildirmişdilər.
Göründüyü kimi, Qərb KİV-ləri getdikcə daha çox tamamilə fərqli tonallıqda - diplomatiya, danışıqlar və Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülh perspektivləri haqqında materiallar dərc edir. "Daily Express" nəşrinin dərc etdiyi məqalə də Okamponun timsalında bəzi qüvvələrin hər vəchlə Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə mane olmaq cəhdlərini üzə çıxarır. Azərbaycan və Ermənistan arasında uzun illər davam edən qarşıdurmadan sonra regionda davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar Cənubi Qafqaz üçün yeni geosiyasi reallıq formalaşdırır. Tərəflər arasında sülh sazişinin imzalanması perspektivinin gücləndiyi bir dövrdə bəzi beynəlxalq dairələrin və ayrı-ayrı şəxslərin bu prosesi ləngitmək, yaxud tamamilə pozmaq cəhdləri daha aydın görünməyə başlayır.
Məhz bu kontekstdə Böyük Britaniyanın nüfuzlu "Daily Express" nəşrində dərc olunan məqalə keçmiş Beynəlxalq Cinayət Məhkəməsi prokuroru Luis Moreno Okampo ətrafında yaranan qalmaqalları və onun regionla bağlı fəaliyyətini təhlil edərək, sülh prosesinə mane olmaq istəyən qüvvələrin fəaliyyətinə işıq salır.
"Daily Express"də dərc olunan məqalə göstərir ki, Okamponun timsalında ortaya çıxan qalmaqallar təkcə bir şəxsin fəaliyyəti ilə məhdudlaşmır. Bu hadisələr sülh prosesini zəiflətmək istəyən dairələrin fəaliyyət mexanizmlərini də üzə çıxarır. Məqalənin əsas mesajı ondan ibarətdir ki, Cənubi Qafqazda davamlı sülhün əldə olunması üçün regiondakı proseslərə kənardan müdaxilə cəhdləri və siyasi manipulyasiyalar obyektiv şəkildə qiymətləndirilməlidir.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq maliyyə qurumlarından birgə bəyanat: Qlobal neft ehtiyatları rekord sürətlə tükənməkdədir
-
ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir
-
Göyçayda güclü külək ağacı avtomobilin üstünə aşırıb, rayonda bir sıra fəsadlar yaranıb
-
İnsanların axın etdiyi müqəddəs məkanın sirri: "Bu su üstlərinə düşsə..."
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib













