SOCAR Azərbaycanın geotermal resurslarının mənimsənilməsi üzrə planlarını açıqlayıb
Far.Az xəbər saytı

SOCAR Azərbaycanın geotermal resurslarının mənimsənilməsi üzrə planlarını açıqlayıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bərpa olunan energetika sahəsində yeni strateji istiqaməti ilk növbədə işğaldan azad edilmiş ərazilərdə olmaqla, ölkənin geotermal resurslarının tədqiqi olacaq.

"Far.Az" xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

"Biz Kəlbəcəri öyrənirik. Həmçinin Energetika Nazirliyinə bu istiqamətdə göstərdiyi dəstəyə - geotermal energetikanın inkişafına təkan verən normativ-hüquqi bazanın formalaşdırılmasına, tarif mexanizmlərinin yaradılmasına, xarici investorlar üçün risklərin minimuma endirilməsinə və əlavə risklərin azaldılması (deriskinq) alətlərinin tətbiqinə görə böyük minnətdarlığımızı bildiririk. Biz artıq bu istiqamətdə işlərə başlamışıq. Geotermal energetikanın inkişafı ölkənin 2030-cu ilə qədər sosial-iqtisadi inkişaf proqramına da daxil edilib. Buna görə də, biz yaxın gələcəkdə Azərbaycanın malik olduğu bu potensialı reallaşdıra biləcəyimizə çox ümid edirik", - Ə. İsayev deyib.

Şirkətin vitse-prezidentinin sözlərinə görə, SOCAR "elektronların mübadiləsi" adlanan sahədə – elektrik enerjisinin ixracı üzrə beynəlxalq layihələrə yüksək maraq göstərir.

"Biz böyük maraqla texniki-iqtisadi əsaslandırmaların (TİƏ) yekunlaşdırılmasını gözləyirik və sözsüz ki, bu təşəbbüslərdə iştirak etməyə hazırıq. Məlum olduğu kimi, Gürcüstan, Türkiyə və bir sıra digər ölkələrdə fəaliyyət göstəririk və əminəm ki, resurslarımıza və bu dövlətlərdəki mövcudluğumuza arxalanaraq, bu cür layihələri nəticəli şəkildə həyata keçirə biləcəyik", - SOCAR-ın vitse-prezidenti əlavə edib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər