Tbilisidəki iğtişaşlarla əlaqədar saxlanılan 7 nəfər günahını etiraf edib
Far.Az xəbər saytı

Tbilisidəki iğtişaşlarla əlaqədar saxlanılan 7 nəfər günahını etiraf edib


Gürcüstanda 2025-ci il oktyabrın 4-ü prezident sarayına hücum işi üzrə saxlanılan 12 nəfərdən 7-si günahını etiraf edib və prokurorluqla razılaşma bağlayacaq.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə sözügedən iş üzrə prokuror Laşa Tskvitariya bildirib.

"Təqsirləndirilən şəxslər onlara irəli sürülən ittihamları etiraf edib və peşman olublar. Onların prezident sarayına bitişik ərazidəki zorakı hərəkətlərdə iştirakı videomateriallarla təsdiqlənib", – o deyib.

Qeyd olunub ki, razılaşma çərçivəsində onlara üç il müddətinə şərti cəza təyin ediləcək.

Bu iş üzrə saxlanılan 12 nəfərdən 7-si azad ediləcək.

Xatırladaq ki, Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya 2025-ci il oktyabrın 4-ü Tbilisidə zorakı etiraz aksiyasının və prezident sarayına hücumun təşkilinə görə Tbilisidə saxlanılıb.

Oxşar xəbərlər

Tbilisi Şəhər Məhkəməsi Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçib
Gürcüstanın keçmiş müdafiə naziri Prezident Sarayına hücum təşkilinə görə saxlanılıb
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər