"ASAN xidmət" və IDEA uşaqlar üçün yay düşərgəsi layihəsini həyata keçirib
Far.Az xəbər saytı

"ASAN xidmət" və IDEA uşaqlar üçün yay düşərgəsi layihəsini həyata keçirib


"ASAN xidmət" və İDEA İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı "ASAN Məktub – Yaz Düşərgəsi 2" layihəsi həyata keçirib.

BAKU.WS xəbər verir ki, məqsəd uşaqların sosial, kommunikativ və yaradıcılıq potensialının inkişafına töhfə vermək, onların asudə vaxtlarının faydalı və interaktiv şəkildə təşkilini təmin etmək, eyni zamanda komanda işi və özünüifadə bacarıqlarının genişləndirilməsinə dəstək olmaq olub.

Düşərgəyə 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrindən 8-14 yaş aralığında olan 50 uşaq cəlb edilib.

Dörd gün davam edən düşərgə proqramı çərçivəsində uşaqlar üçün sosial və fərdi bacarıqların inkişafına yönəlmiş təlimlər, ustad dərsləri, intellektual və interaktiv oyunlar, idman yarışları, yaradıcı və ekoloji fəaliyyətlər, tamaşalar və nağıl saatları təşkil edilib.

Xatırladaq ki, "ASAN Məktub" fəaliyyətə başladığı gündən 10 700-dən çox uşağın arzusunu gerçəkləşdirib. Məqsəd 3–14 yaş aralığında sosial qayğıya ehtiyacı olan uşaqların arzularını reallaşdırmaq və onların sevincinə töhfə verməkdir.

Oxşar xəbərlər

FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər