Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Cəlilabadda avtomobil qəzasında xəsarət alanların vəziyyəti məlum olub.
TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayonu ərazisində iyunun 4-ü saat 14:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3 kişi, 2 qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda vəziyyətləri stabil qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Xəsarət alan 1994-cü il təvəllüdlü kişi dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"Zil" markalı yük və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət aldığı bildirilən dörd nəfər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Bakıda yeni avtomobil yolunun tikintisi davam etdirilir
Ələt-Astara avtomobil yolunun Cəlilabad və Biləsuvardan keçən hissəsi qəzalı vəziyyətə düşüb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Bakı-Qazax yolunda yük avtomobilləri toqquşub - Xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













