"Facebook" son 3 ayda Azərbaycandakı bazar payının 45 %-ni itirib
Bu ilin may ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 33,52 % təşkil edib.
"Far.Az"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, aprel ayına nisbətən 6,25 faiz bəndi çoxdur, 2025-ci ilin eyni ayının göstəricisi ilə müqayisədə 3,57 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 8,34 faiz bəndi azalaraq, il ərzində isə 5,3 faiz bəndi artaraq 20,49 % təşkil edib. Beləliklə onun payı təkcə son 3 ayda 45 % azalıb.
Növbəti yerdəki "Instagram"ın bazar payı ay ərzində 0,22 faiz bəndi artaraq, illik isə 5,68 faiz bəndi azalaraq 18,49 % təşkil edib.
Dördüncü pillədəki "X"ın bazar payı aylıq 1,67 faiz bəndi, illik müqayisədə isə 0,96 faiz bəndi artaraq 8,29 % təşkil edib.
İlk beşliyi 7,97 %-lik bazar payı ilə "Pinterest" qapayır. Sosial şəbəkənin bazar payı aylıq 2,46 faiz bəndi, illik müqayisədə isə 2,93 faiz bəndi azalıb.
Oxşar xəbərlər
"ChatGPT" son bir ildə Azərbaycandakı bazar payının 16 %-ni itirib
"Instagram" son 3 ayda Azərbaycandakı bazar payının 64 %-ni itirib
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
"Instagram" bir ayda Azərbaycandakı bazar payının 22 %-ni itirib
Azərbaycanda "Chrome"un bazar payı iki ayda 8 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub













