"Boeing" böhranı dayandırmaq üçün təyyarə istehsalını azaldır
Far.Az xəbər saytı

"Boeing" böhranı dayandırmaq üçün təyyarə istehsalını azaldır


ABŞ-nin aviasiya, kosmik və hərbi texnika istehsalında ixtisaslaşan “Boeing” korporasiyası böhranı dayandırmaq üçün təyyarə istehsalını azaldır.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Korporasiyanın yeni baş direktoru Kelli Ortberq təyyarə istehsalını azaltmaqla şirkətdəki böhranı dayandırmaq qərarına gəlib.

Şirkət rəhbərliyi artıq hər bir bölməsinin vəziyyəti ilə bağlı hesabatları təhlil edib və yekun qərarını verib. Nəşr vurğulayır ki, keçən həftə şirkət ABŞ ordusu üçün avadanlıq istehsal edən kiçik müdafiə törəmə müəssisəsini satmaq barədə razılığa gəlib.

Payızın əvvəlində şirkət 737, 767 və 777 təyyarələri üçün sifarişlərin azaldılması barədə xəbərdarlıq etmişdi. Bununla yanaşı, oktyabrın 12-də korporasiya biznesdəki çətinliklər səbəbindən işçi qüvvəsinin təxminən 10 %-ni ixtisar etməyə qərar verib.

Oxşar xəbərlər

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər