Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 28 %-ə yaxın azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 269 702 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
"Report" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8 % azdır.
9 aylıq göstəricinin 44 462-si (16,5 %) ilkin, 225 240-ı isə (83,5 %) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüququ qeydiyyata alınan əmlaklardan 45 422-si fərdi yaşayış və bağ evi, 62 167-i mənzil, 152 594-ü torpaq sahəsi, 2 534-ü qeyri-yaşayış binası, 6 350-si qeyri-yaşayış sahəsi, 597-si əmlak kompleksi, 38-i isə çoxmərtəbəli yaşayış binasıdır. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 71 843-ü Bakının, qalanı isə bölgələrin payına düşüb.
Hesabat dövründə 203 056 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,35 % azdır.
Son 1 ildə qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 7,6 % azalaraq 56 730 olub.
Oxşar xəbərlər
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Naxçıvanda daşınmaz əmlakın qeydiyyatı 2 %-dən çox artıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sentyabr ayının hava proqnozu açıqlanıb
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb














