Muradov: Avropada yaşayan azərbaycanlı mühəndislər ölkəyə böyük fayda verə bilərlər
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ixtisaslaşmış forumları dəstəkləyir, o cümlədən bilavasitə mühəndis peşəsi ilə bağlı yol xəritəsinə malikdir.
Bu barədə "Far.Az"un Avropa bürosuna Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
"Avropada mühəndislərimiz yaxşı təhsil alıblar və yaxşı təcrübəyə malikdirlər. Biz çalışırıq ki, bu təcrübə gələcəkdə Azərbaycan üçün də faydalı olsun", - o vurğulayıb.
F. Muradovun sözlərinə görə, forumun əsas məqsədi Avropada yaşayan azərbaycanlı mütəxəssislər arasında əməkdaşlıq üçün imkan və platforma yaratmaqdır:
"Sayca üçüncü forumda 200-dən çox mühəndisimiz qeydiyyatdan keçib. Təbii ki, hər birini dəvət edə bilməmişik. Bildirmək istəyirəm ki, bu forumun ən böyük məqsədi mühəndislərimiz arasında əməkdaşlığın həyata keçirilməsidir, eyni zamanda Azərbaycan üçün də yeni texnologiyalar, mühəndislərin təcrübəsindən yararlanmaq istiqamətində yaxşı platformadır. Burada Almaniya və Azərbaycanda fəaliyyət göstərən universitetlər də təmsil olunur ki, gələcəkdə bu sahə həm praktik, həm də nəzəri cəhətdən müəyyən birgə layihənin həyata keçirilməsi üçün yeni imkan yaratsın".
O əlavə edib ki, ilk iki tədbir zamanı aparılan müzakirələr əsasında təkliflər hazırlanıb və artıq Azərbaycan dövlətinin müxtəlif qurumlarına təqdim olunub.
"Əminəm ki, bu, müsbət nəticələrini verəcək. Almaniyanın bütün torpaqlarında diaspor nümayəndələrini birləşdirən Almaniya Azərbaycanlıları Alyansı forumun əsas təşkilatçısıdır və bundan sonra da bu işi davam etdirəcək", - F. Muradov yekunlaşdırıb.
Qeyd edək ki, iyunun 6-da Almaniyanın Hamburq şəhərində Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu işə başlayıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Növbəti 2 günlə bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel













